İlk vaxtlar çətin ola bilər

Texnologiya sürətlə dəyişir. Bugünkü iş görmək tərzimiz bir neçə il əvvəl etdiyimizdən tamamilə fərqlidir. Texnologiya sahəsində çox şeylərin baş verdiyi bir vaxtda, bu, karyerasına başlayan və ya artıq bu sahədə çalışan hər kəsi qorxuya sala bilər.

Bilmədiklərini bil.

Bilmədiyini bilmək artıq döyüşün yarısıdır. Bu, səylərinizi düzgün istiqamətə yönəltməyə kömək edəcəkdir. Developerin yol xəritələri, çatışmayan əlaqələri tapmağa, biliklərinizdəki boşluqları müəyyənləşdirməyə və yaxşılaşdırmağa başlamaqda kömək edəcək.

Narahatlığa yox de və başla.

Heç kim hazırda olduğu yerə bir gündə çatmayıb. Bunun üçün vaxt və təcrübə lazımdır. Beyninizdə ideallaşdırdıqlarınız sizi yoldan çıxartmasın, onlar da təcrübə ilə bu nöqtəyə çatıblar. Bir yerdən başlamaq lazımdır. Bir yol seçin, bilmək lazım olanı müəyyənləşdirin və özünüzü inkişaf etdirməyə başlayın.